Yunanıstanın Krit adasındakı Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın kişilərdən ibarət şahmat yığmasının üzvü Rauf Məmmədovun polis zabiti olduğu müəyyənləşib.
Mynews.az xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, 29 yaşlı zəka sahibi DİN İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantıdır.
R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. O, 2004-cü ildə qrossmeyster adını alıb, 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində, 2013-cü ildə Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatında da qızıl medal qazanıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub