Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Mynews.az-ın məlumatına görə, "Yuventus" səfərdə "Porto" ilə qarşılaşıb. Bu mövsüm ÇL-də uduzmayan Turin təmsilçisi uğurlu seriyanı Portuqaliya səfərində də davam etdirib.
Turun digər matçında "Sevilya" son İngiltərə çempionu "Lester"i qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7, 8, 14 və 15 mart tarixlərində keçiriləcək.
Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
“Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya) 0:2
Qollar: Pyaça, 72, Alveş, 74
Qırmızı vərəqə: Telleş, 27 ("Porto")
“Sevilya” (İspaniya) – “Lester” (İngiltərə) 2:1
Qollar: Sarabia, 25 (1:0), Korrea, 62 (2:0), Vardi, 73 (2:1)
21 fevral
“Bayer” (Leverkuzen, Almaniya) - “Atletiko” (İspaniya) - 2:4
“Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa) - 5:3
14 fevral
“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 1:0
PSJ (Fransa) - “Barselona” (İspaniya) - 4:0
15 fevral
“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) - 5:1
“Real” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1