İngiltərənin “Çelsi” komandası futbol üzrə Çempionlar Liqasının V turunda “Qarabağ”la keçirəcəyi görüş ərəfəsində problemlə üzləşib.
Mynews.az Report-a istinadən xəbər verir ki, London təmsilçisinin hücumçusu Mişi Batşuayi Belçika millisinin düşərgəsində zədələnib.
Noyabrın 10-da Meksika, noyabrın 14-də isə Yaponiya ilə görüşlər üçün yığmaya dəvət alan 24 yaşlı forvard məşq zamanı xəsarət alıb. Futbolçu rentgen müayinəsindən keçsə də, təkrar yoxlanış üçün “Çelsi”nin sərəncamına dönüb. Onun hansı müddətdə meydana çıxa bilməyəcəyinə dair məlumat yaxın günlərdə veriləcək.
Qeyd edək ki, Mişi Batşuayi “Çelsi”nin I turda “Qarabağ”ı Londonda 6:0 hesabı ilə məğlub etdiyi matçın 76-cı dəqiqəsində komandasının sonuncu qoluna imza atıb. Bu kollektivlər arasında növbəti oyun noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub