"Qalatasaray" transfer çalışmalarına başlayıb.
Arda Turanın keçidini "Barselona" ilə razılaşdırdığı deyilən İstanbul klubu Ezekuel Lavezzini də hədəfə alıb.
Çinin "Hebei Chine Fortune" klubunda çıxış edən argentinalı futbolçunun müqaviləsi yanvarın 1-də başa çatacaq. Lavezzinin klubu ilə yeni müqavilə imzalamayacağı və Avropaya dönməyə hazırlaşdığı deyilir. 32 yaşlı hücumçu üçün transfer haqqının ödənməyəcəyini nəzərə alan "Qalatasaray" yaxın günlərdə danışıqlara start verəcək. Klubun idman direktoru Cenk Ergun argentinalı ulduzun meneceri ilə görüşərək təklifi ona təqdim edəcək.
Çində ildə 40 milyon avro qazanan argentinalı Avropada daimi oynaya biləcəyi bir klub axtarır ki, "Qalatasaray" onun üçün ən yaxşı variantlardan biri hesab olunur.
Qeyd edək ki, Lavezzi 2012-ci ildə "Napoli"dən PSJ-yə 28,95 milyon avroya transfer olunub. Paris klubu isə onu 2016-cı ildə "Hebei Chine Fortune"yə 22 milyon avroya satıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub