Xəbər verdiyimiz kimi, Türkiyə toplanışı çərçivəsində “İnter” FK Tacikistanın “İstiqlol” komandası ilə yoxlama matçı keçirib və 2:1 hesabı ilə qalib gəlib.
Mynews.az-ın məlumatına görə, oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze matç barədə fikirlərini bildirib: “Birinci hissədə 2 mərkəz müdafiəçi ilə oynadıq. Buna görə də oyun istədiyimiz axarda getmədi. İkinci hissəyə 3 mərkəz müdafiəçi ilə başladıq. Dünən oynamayan və ötən yoxlama matçlarında az oynayan bütün futbolçalara imkan yaratdıq. “İstiqlol” komandası ilə oyunda iki qol vurduq və bir çox qol vəziyyətləri yaratdıq. Bəzi gənc futbolçular yaxşı oynadılar. Oyundan razı qaldım. Yanvar ayının 21-də Rusiyanın “Orenburq” komandasına qarşı oynayacağıq. Ayın 23-də Azərbaycana qayıdıb çempionata hazırlığı Bakıda keçirəcəyik”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub