Formula 1 üzrə Braziliya Qran Prisində həftəsonu baş verən 5 quldurluq hadisəsindən sonra İnterlaqosda “Pirelli” şirkətinin planlaşdırdığı təkər testi tədbiri təhlükəsizlik yetərincə qorunmadığı üçün təxirə salınıb.
Mynews.az-ın SİA-ya istinadən məlumatına görə, “Pirelli” bu həftə “McLaren” komandası ilə 2018-ci il çempionatı üçün təkərləri test etməyi və bu tesin nəticələrinə görə yeni təkər növünü müəyyənləşdirməyi planlaşdırmışdı. Ancaq onların arzusu ürəyində qalıb. Belə ki, quldurluq hadisələrinin qarşısının alınmasında çətinliyin olduğunu görən təşkilatçılar planlarını təxirə salıblar.
Qeyd edək ki, Braziliyada həftəsonu quldurların hədəfinə ilk olaraq “Mercedes” komandası tuş gəlib. Komandanın mikroavtobusuna silahlı hücum edən cinayətkarlar “Mercedes”in əməkdaşlarının dəyərli əşyalarını oğurlayıblar.
Sonra isə “Sauber”, “Williams” və Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə yanaşı, “Pirelli” şirkətinin əməkdaşlarını daşıyan avtomobillərə hücumlar olub.
İtaliya şirkətindən testin təxirə salınması haqda açıqlama verilib: “Ötən bazar günü “Pirelli” şirkətinin avtomobilinə hücum cəhdi və komandaların əməkdaşlarının soyulması noyabrın 14-15-də keçirmək istədiyimiz təkər testini təxirə salmağımızla nəticələndi. Bu qərar “McLaren”, FIA ve F1 ilə birlikdə verilib. Biz təhlükəsizliyi düşünmək məcburiyyətindəyik”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub