2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.
Mynews.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti "Avro-2020" Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Gillom Poysson və Fan Zonalar üzrə menecer Tomas Qloorla görüşüb.
UEFA nümayəndələrinə "Avro-2020" ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində "Avro-2020" zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.
Xatırladaq ki, "Avro-2020"-nin 4 oyunu (3 qrup, bir 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub