UEFA İntizam Komitəsi Çempionlar Liqasının III turu çərçivəsində Londonda İngiltərənin “Çelsi” və İtaliyanın “Roma” komandaları arasında keçirilmiş matçdakı irqçilik iddiaları ilə bağlı məsələyə baxıb.
Mynews.az-ın məlumatına görə, Report.az "Roma"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin qaradərili futbolçusu Antonio Rüdiger 3:3 hesabı ilə başa çatan oyunun 77-ci dəqiqəsində Davide Zappakostanın əvəzinə meydana çıxarkən “Roma” azarkeşlərinin irqçi davranışlara yol vermələri təsdiqini tapmayıb. Bu səbəbdən UEFA İtaliya klubunu cəzalandırmayıb.
Qeyd edək ki, Almaniya yığmasının əslən Syerre-leonedən olan müdafiəçisi bu ilin yayında 35 milyon avro qarşılığında məhz “Roma”dan “Çelsi”yə transfer olunub. İtaliyalı fanatların irqçi davranışlara yol vermələri ilə bağlı iddia doğru çıxsaydı, UEFA paytaxt klubunu Çempionlar Liqasında növbəti ev oyununu azarkeşsiz keçirmə cəzasına da məruz qoya bilərdi. Bu isə “Roma”nın dekabrın 5-də VI tur çərçivəsində “Qarabağ”la görüşdə tərəfdarlarının dəstəyindən məhrum olacağı anlamına gəlirdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub