“Kəpəz”in baş məşqçisi Şahin Diniyev istefa verib.
Sport24.az-ın verdiyi məlumata görə, təcrübəli mütəxəssis bu haqda oyundan sonra keçirlən mətbuat konfransında bildirib.
O, istefa ərizəsini artıq təqdim etdiyini bildirib: “İstefa ərizəmi artıq İslam Abbasova təqdim etmişəm. İstefam “Kəpəz” ətrafında baş verənlərlə bağlı deyil. Gəlin, bu hadisəni siyasiləşdirməyək. Komanda sonuncu yerdədir. Bu gün qalib gəlsəydik, qurtara bilərdik. Ancaq alınmadı. İstefa vermək də bir mədəniyyətdir. Bunu etmək üçün özündə güc tapmaq lazımdır. Mən də bunu edirəm və bu gündən “Kəpəz”in baş məşqçisi deyiləm. Gəncənin əsl azarkeşlərindən üzr istəyirəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub