Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb.
Mynews.az sportlife.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub. Elgün baş məşqçi Aftandil Hacıyevin ona şans verməməsindən hiddətlənərək heç kimə xəbərdarlıq etmədən düşərgədən ayrılıb.
Müdafiəçi artıq 2 həftədir ki, "Qarabağ"da deyil. Mənbənin bildirdiyinə görə, hadi
sədən xəbər tutan Qurban Qurbanov qəzəblənərək Uluxanovu bağışlamayacağını deyib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub