Noyabrın 22-də "Qarabağ" - "Çelsi" oyunu ərəfəsində Bakı Metropoliteninin stansiyaları ilə gündəlik göstəricidən 40 minə yaxın artıq sərnişin daşınıb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, futbolu izləməyə gedən azarkeşlər əsasən metrodan istifadə ediblər: "Noyabrın 22-də olan sərnişindaşıma ilə əvvəlki günləri müqayisə etdik. Məlum oldu ki, həmin gün təxminən 39 500-dən artıq sərnişin daşımışıq".
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması keçirilib. Oyun 0:4 hesabı ilə yekunlaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub