İngilis mediası “Qarabağ” futbol klubunu lağa qoyub.
Mynews.az Milli.az-a istinadən bildirir ki, məşhur ingilis saytı olan “The Sun” “Qarabağ”ın oyun günü planında futbolçuların adlarını tərcümə etməsini gülünc hesab edib.
Xəbərin başlığında yazılıb: “”Qarabağ” oyun günü planında “Çelsi”nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı”.
Xəbəri yazan jurnalist bildirib ki, Qarabağın bu qəribə ideyası sosial şəbəkələrdə ingilislər tərəfindən ələ salınıb. İzləyicilər oyunçuların adlarının “Pro Evolution Soccer” oyunundakı kimi qəribə formada yazıldığını qeyd ediblər. Onlar Heri Kehill və Tibo Kurtuanın adlarının yazılışının gülünc olduğunu yazıblar.
Qeyd edək ki, ötən gün keçirilən “Qarabağ” – “Çelsi” matçı “Çelsi”nin 0:4 hesablı qələbəsi ilə başa çatıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub