Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, turun mərkəzi görüşü Dortmundda baş tutub. Rur derbisində azarkeşlər dramatik oyunun şahidi olub. Ancaq qalib müəyyənləşməyib. İlk hissədə 4 qol vuran "Borussiya" fasilədən sonra azlıqda qalıb. Say üstünlüyündən yararlanan "Şalke" son saniyələrdə məğlubiyyətdən qaçıb.
Almaniya Bundesliqası. 13-cü tur
24 noyabr
Hannover – Ştutqart 1:1
Qollar: Fullkruq, 76 (pen.) - Asano, 24
25 noyabr
Borussiya D – Şalke 4:4
Qollar: Obameyanq, 12; Stambuli, 18 (avtoqol);Götze, 20; Gerrero, 25 - Burqstaller, 61; Harit, 65; Kaliquri, 86; Naldo, 90+4
Ayntraxt – Bayer 0:1
Qol: Volland, 76
Auqsburq – Volfsburq 2:1
Qollar: Qreqoritsk, 51; Finnboqason, 78 - Didavi, 40
Leyptsiq – Verder 2:0
Qollar: Keyta, 34; Bernardo, 87
Frayburq – Maynts 2:1
Qollar: Petersen, 51; Kat, 90+1 - Berqqrin, 90+2
21:30 “Borussiya” M – “Bavariya”
26 noyabr
18:30 “Hamburq” – “Hoffenhaym”
21:00 “Köln” – “Herta”