“Barselona”nın futbolçusu Lionel Messinin imzaladığı yeni müqavilədən sonra illik maaşı müəyyənləşib.
Mynews.az Offside.com.az-a istinadən xəbər verir ki, argentinalı hücumçunu ilinə 43 milyon avro qazanacaq. Bununla da o, həmyerlisi Karlos Tevesi geridə qoyaraq dünyanın ən çox maaş alan futbolçusu olub. “Şanxay Şenxua”da çıxış edən K.Teves ilinə 38 milyon avro alır.
L.Messi “Barsa” ilə müqaviləsini 2021-ci ilin iyununa qədər uzadıb. Onun yeni təzminat qiyməti 700 milyon avrodur.
Dünyanın ən çox maaş alan 10 futbolçusu aşağıda adları qeyd olunanlardır:
1. Lionel Messi (“Barselona”) – 43 milyon avro
2. Karlos Tevez (“Şanxay Şenxua”) – 38 milyon avro
3. Neymar (PSJ) – 36 milyon avro
4. Kriştiano Ronaldo (“Real” ) – 34 milyon avro
5. Oskar (“Şanxay SİPG”) – 24 milyon avro
6. Qaret Beyl (“Real”) – 23 milyon avro
7. Ezekyel Lavezzi (“Hebey Çayna Fortune”) – 23 milyon avro
8. Halk (“Şanxay SİPG”_ – 20 milyon avro
9. Pol Poqba (“Mançester Yunayted”) – 17 milyon avro
10. Qratsiano Pelle (“Şandun Lunen”) – 15 milyon avro
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1039 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1000 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
991 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
989 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
967 dəfə oxunub