Dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları məlum olub.
Mynews.az-ın APA-ya istinadla xəbərinə görə, noyabrın 30-a keçən gecə Braziliyanın “Qremio” klubu Libertadores Kubokunun finalında Argentinanın “Lanus” klubunu üstələyərək turnirə son vəsiqəni təmin edib.
Beləliklə klublararası dünya çempionatı-2017-də aşağıdakı komandalar iştirak edəcək:
“Real” (İspaniya)
“Qremio” (Braziliya)
”Urava Red Daymonds” (Yaponiya)
“Vidad” (Mərakeş)
”Paçuka” (Meksika)
”Oklend Siti” (Yeni Zelandiya)
“Əl-Cəzirə” (BƏƏ).
Çempionatın yarımfinal matçları dekabrın 12-13-də, üçüncü yer uğrunda görüş və final isə dekabrın 16-da baş tutacaq.
Qeyd edək ki, futbol üzrə klublararası dünya çempionatı 2000-ci ildən etibarən keçirilir. İndiyədək turnirdə 9 dəfə Avropa, 4 dəfə isə Cənubu Amerika təmsilçiləri qalib qəlib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub