Xəbər verdiyimiz kimi, “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilinərək saxlanılıb.
Bizimyol.info-nun məlumatına görə, xəbər yayılandan sonra nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokurorluq onların saxlanılması ilə bağlı xəbəri təsdiq edib. Qurumlardan futbolçuların saxlanılması ilə bağlı onlarda məlumat olmadığı bildirilib.
Yeniçağ saytı yazır ki, adıçəkilən futbolçular Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində dindirilir. Onlar ötən gündən etibarən sözügedən idarəyə aparılıb. Bu barədə həmin şəxslərin ailələrinə də məlumat verilməyib. Nizami Hacıyevin ailə üzvləri də ötən gündən etibarən ondan xəbər ala bilmirlər.
Futbolçuların nə zaman sərbəst buraxılacağı və ya məhkəmə qarşısına çıxarılacağı bəlli deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub