“Evdən hələ indi çıxıram. Hansısa fikir bildirmək üçün hələ tezdir”.
Mynews.az xəbər verir ki, bu sözləri Apasport.az saytına açıqlamasında “Keşlə”dən uzaqlaşdırılan Nizami Hacıyev deyib.
Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi” ilə qarşılaşmadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Hacıyev və komanda yoldaşı Mirhüseyn Seyidov dünən sərbəst buraxılıblar.
Məsələ ilə bağlı qısa fikir bildirən Hacıyev danışmaq istəmədiyini söyləyib: “Bilmirəm hansı oyunlar, kimin oyunları gedir. Bunu bilsəydim, nə dərdim olardı? Bu məsələlər barədə danışmaq üçün hələ tezdir”.
AFFA İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılan “Keşlə”nin sabiq kapitanı buna layiq olmadığını söyləyib: “Əsas harasa aparılmaq deyil, ömürlük futboldan getməkdir. Mən bu cəzaya layiq deyildim”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub