Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.
Mynews.az-ın Apasport.az-a istinadən məlumatına görə, həmyerlimiz UEG-in Xorvatiyanın Split şəhərində keçirilən XXVII Konqresində bu hüquqa yiyələnib.
Prezident seçkilərində Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolar olub. Konqres çərçivəsində təşkil edilən səsvermədə 28 nəfər həmyerlimin lehinə səs verib. Kolar isə 20 nəfərin etimadını qazanıb.
Beləliklə, son illərdə UEG-in vitse-prezidenti olan Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək.
Qeyd edək ki, UEG-də 2009-cu ildən prezident postunu fransalı Jorj Gelzek tuturdu.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub