ABŞ-ın Oklahama futbol komandasının oyunçusu Joe Mixon tanımadığı qadına intim münasibət təklif etdiyi üçün cəzalandırılıb.
Futbolçu etdiyi qeyri-etik hərəkətə görə, 1 il müddətində komandadan uzaqlaşdırılıb.
Hadisə 2014-cü ildə ABŞ-dakı restoranlardan birində baş verib. Videoda futbolçunun təklifini qəbul etməyən Amelio Molitor adlı qadının döyüldüyü görülür.
Video hadisənin baş verdiyi restoranda təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Qadın bir neçə gün əvvəl polisə verdiyi ifadəsində hadisənin bütün detallarını danışıb.
Hadisə Molitor 3 dostu ilə birlikdə yemək yeyərkən baş verib. "Ad günü hədiyyəsi olaraq bizə intim münasibət təklif etdi. Biz onun təklifini rədd etdik. Mixonun bizi təhqir etməsinə dözmədim və onun üstünə hücum etdim. Həmin an o, mənə yumruq atdı".
Yumruq zərbəsindən yerə yıxılan qadının çənəsi sınıb. Ona görə də qadın uzun müddət yemək yeməkdə çətinlik çəkib.
(fanat.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub