UEFA prezidenti Aleksandr Çeferin Millətlər Liqasını genişləndirmək barədə düşünür.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, bunun üçün digər qitələrin milli komandalarının da turnirə daxil edilməsi planlaşdırılır.
2021-ci ildən etibarən iki Cənubi Amerika və Asiya ilə Afrikanın hərəsindən bir ölkənin yığmasının Millətlər Liqasına qatılması planlaşdırılır. Bildirilir ki, Cənubi Amerika Konfederasiyasının prezidenti Alexandri Dominqes UEFA ilə birgə layihədə iştirakda maraqlıdır.
Qeyd edək ki, yeni təsis edilən Millətlər Liqası 2018-ci ilin sentyabrında start götürəcək. UEFA-nın Millətlər Liqasında 55 Avropa ölkəsinin futbol yığmaları iştirak edəcək. Millilər A, B, C və D divizionlarına bölünəcəklər. Püşkatma 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub