USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Millimizin üzvünün komandası avtobusda döyüldü

19:17 25.02.2017
Millimizin üzvünün komandası avtobusda döyüldü
19:17 25.02.2017
Millimizin üzvü Dəniz Yılmazın forma geyindiyi "Bursaspor"un avtobusu hücuma məruz qalıb.
 
Mynews.az fanat.az-a istinadən xəbər verir ki, hadisə komandanın "Kasımpaşa" ilə oyunundan sonra İstanbuldan dönərkən baş verib.
 
Super Liqanın XXII turunda "timsah"ın "Kasımpaşa"ya böyükhesablı məğlubiyyəti bursalı azarkeşləri özlərindən çıxarıb. Nəticədə onlar İstanbuldan dönüş zamanı Yalovadakı Osmanqazi körpüsü yaxınlığında komandanı aparan avtobusun önünü kəsiblər. Əllərində bıçaq və dəyənəklərlə avrobusa girən fanatlar komandanın məşqçilər korpusu və futbolçuları ilə əlbəyaxa olublar. Bir neçə oyunçunun xəsarət aldığı münaqişə zamanı Türkiyə millisinin də qapısını qoruyan Harun Təkinin üzü şişib. Çətinliklə avtobusdan çıxarına azarkeşlər polislər tərəfindən saxlanılıb.
 
Cəzalı olan yığmamızın üzvü Dəniz Yılmaz İstanbula aparılmadığından, hadisənin iştirakçılarından olmayıb.
 
Qeyd edək ki, "Kasımpaşa" - "Bursaspor" oyunu birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
 
 

Xəbər lenti