Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turuna start veriləcək.
Metbuat.az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxacaq.
Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olacaq.
Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyükdür. “Canavarlar” 1/8 finala çıxmaq üçün qələbə qazanmalıdır. Çünki meydan sahibləri xal itirsə, qrupdan çxımaq üçün “Çelsi”nin “Atletiko”ya qalib gəlməsinə ümid etməlidir.
Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
5 dekabr
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub