Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən “Roma” – “Qarabağ” (1:0) matçından sonra Qurban Qurbanovun iştirakı ilə təşkil olunan mətbuat konfransında xoşagəlməz anlar yaşanıb.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini bildirən zaman “Sky Sport”un müxbiri konfransı kəsib canlı yayıma bağlanıb. Qurbanov da bu məqamda çıxışını dayandıraraq müxbirin canlı yayımını bitirməsini gözləyib. O, bunun üçün təxminən 45 saniyə gözləməli olub. Bu məqamda baş məşqçi müxbirə ona mane olduğuna dair iradını da bildirib.
Məsələ ilə bağlı azərbaycanlı jurnalistlər “Roma”nın baş məşqçisi Eusebio Di Françeskoya “eyni situasiya ilə siz qarşılaşsaydınız, buna münasibətiniz necə olardı?” sualını verib. O isə belə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub