Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Mynews.az xəbər verir ki, yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib.
Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb. “Ağ-qaralar”ın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.
Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.
Sanksiyaya məruz qalan Mehdizadə bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.
Qeyd edək ki, bunadək “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov da ömürlük cəzalandırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub