Avropa Liqasının qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb.
Mynews.az-ın Apasport-a istinadən məlumatına görə, keçirilən 12 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.
Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubunun da mövqeyi dəyişib. Çempionlar Liqasının qrupuna düşməklə tarixi uğura imza atan və ölkəmizin buradakı ilk təmsilçisi olan “Qarabağ” 1 pillə geriləyib.
İlk “yüzlük”dəki yeganə təmsilçimizin mövqeyini əldən verməsinin səbəbkarı isə “Astana” olub. Çexiyada “Slaviya”nı 1:0 hesabı ilə məğlub edib 1/16 finala yüksələn Qazaxıstan klubu 67-ci pilləni ələ keçirib.
Bunadək 67-68-ci yerlərə şərik olan “Qarabağ” isə artıq 68-70-ci yerlərdə qərarlaşıb. Çempionumuzla BATE-nin yeni şəriki isə “Yanq Boyz” olub. Bu komandaların üçünün də aktivində 20,500 xal var.
Digər komandalarımıza gəlincə, Ağdam klubu kimi öz əmsalına malik olan “Qəbələ”nin aktivində 5,250 xal var. “Voyvodina” ilə eyni xala malik təmsilçimiz 191-ci pillədə qərarlaşıb.
Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasındadır.
Qeyd edək ki, ilk “onluq”da heç bir dəyişiklik olmayıb. 148,000 xala malik “Real” cədvələ başçılıq edir.
İlk “onluq”
1. “Real” – 148,000
2. “Barselona” – 126,000
3. “Bavariya” – 125,000
4. “Atletiko” – 122,000
5. “Yuventus” – 120,000
6. PSJ – 109,000
7. “Sevilya” – 108,000
8. “Mançester Siti” – 97,000
9-10. “Borussiya” D – 85,000
“Porto” – 85,000
Ən yaxşımız və qonşuları
60-61. “Fənərbaxça” – 23,500
“Krasnodar” – 23,500
62-63. “Maribor” – 22,500
“Makkabi” Təl-Əviv – 22,500
64. “Lester” – 22,000
65-66. “Feyenoord” – 21,500
“Rapid” Vyana – 21,500
67. “Astana” – 20,750
68-70. “Qarabağ” – 20,500
“Yanq Boyz” – 20,500
BATE – 20,500
71-73. “Selta” - 20,085
“Real Sosyedad” - 20,085
“Betis” - 20,085
74. “Marsel” – 19,000
75. “Lokomotiv” Moskva – 18,500
Digər Azərbaycan klubları
191. “Qəbələ” – 5,250
244-256. “Neftçi” - 3,825
“Keşlə” - 3,825
“Zirə” - 3,825
“Kəpəz” - 3,825
“Xəzər Lənkəran” - 3,825