Məşhur boksçu Mayk Taysona aid olan Ferrari F50 avtomobili “Sotheby’s” hərracında satışa çıxarılacaq.
Mynews.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hərrac ABŞ-ın Florida ştatında martın 11-də baş tutacaq. 8 min kilometr gedişi olan 1995-ci il buraxılışlı avtomobil əla vəziyyətdədir. Maşın 2,2-2,4 milyon dollar məbləğində qiymətləndirilir. 4,7 litr həcmli, 12 silindrli, 520 at gücünə sahib olan avtomobil 6 pilləli sürət qutusu ilə hərəkətə gətirilir. 100 km/saat sürəti avtomobil 3,6 saniyəyə yığır. Bu modeldən 349 ədəd buraxılıb, onlardan 50-si məhz Amerika bazarı üçün nəzərdə tutulmuşdu.
Tayson avtomobili Kaliforniyadakı diler Neyder Amirvanddan 1995-ci ildə alıb, bir neçə il sonra isə Sietldan olan biznesmen Kevin Markusa satıb.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub