Ağdamın "Qarabağ" klubu Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanıb.
Mynews.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir.
Bunadək də rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.
Qeyd edək ki, bunadək Ağdam klubu X turda “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda “Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub