UEFA 2016-2017 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb.
Başqa sözlə, aralarında "Qarabağ" və "Qəbələ" də olmaqla, hər bir klub 78 300 avro qazanıb. Qalan 20 faiz isə təsnifat mərhələsində mübarizəni dayandırmış komandalara çatıb. Bu isə o deməkdir ki, "Kəpəz" və "Neftçi" hərəyə 8 540 avro əldə edib. Lakin "Zirə" maliyyə feyr-pleyini pozduğu üçün cəzalandığı üçün bu məbləği ala bilməyəcək.
Qeyd edək ki, 2016-2017 mövsümündə Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Neftçi" və "Kəpəz" isə mübarizəni Avroliqanın II təsnifat mərhələsində dayandırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub