Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.
Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov Müşahidə Şurasının üzvləri təyin olunublar.
Bəzi KİV-lər dünən yaydığı məlumatlarda Murad Arif oğlu Rəhimovu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim etsə də, xəbər təsdiqlənmədi.
Mynews.az xəbər verir ki, deputat Arif Rəhimzadə Modern.az-a açıqlamasında Murad Rəhimovun atası olmadığını bildirib.
Sayt Dövlət Reklam Agentliyi Müşahidə Şurasınnın sədrinin kimliyini dəqiqləşdirib. Məlum olub olub ki, Murad Arif oğlu Rəhimov gənclər və idman naziri Azad Rəhimovun qardaşı oğludur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub