"Qarabağ"ın futbolçusu Dino Ndlovu Çinin "Hançjou Qrintaun" klubuna keçə bilər.
Mynews.az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, hazırda iki klub arasında danışıqlar gedir.
CAR (Cənubi Afrika Respublikası) yığmasının hücumçusu Azərbaycan təmsilçisinin heyətindəki çıxışları ilə diqqəti cəlb edib. O, "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub və komandaya Danimarka "Kopenhagen"i ilə "pley-off" mərhələsinin cavab görüşündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıran qolun müəllifi olub.
Onun xidmətləri diqqətdən kənarda qalmayıb. Çin klubu 27 yaşlı forvardı transferi üçün "Qarabağ"la müzakirələrə başlayıb. Sayt yazır ki, Ndlovudan ötrü Ağdam klubuna 1 milyon avro təklif olunub.
Qeyd edək ki, "Hançjou Qrintaun" hazırda Çin I Liqasında çıxış edir. Bu komandada 2008-ci ildə "Neftçi"nin və hazırkı "Keşlə"nin (keçmiş "İnter" klubu) sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski də forma geyinib. Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda "ilin əcnəbi idmançısı" nominasiyası üzrə qalib kimi ötən gün mükafatlandırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub