Bu gün Bakıda Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti seçkiləri keçirilib.
Mynews.az-ın Trend-ə istinadla məlumatına görə, səsvermə nəticəsində bu vəzifəyə Fərid Əsgərov seçilib.
F.Əsgərovu federasiyanın kollektivinə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.
Nazir müavini qeyd edib ki, Karate Federasiyası hər zaman ona göstərilən etimadı doğruldub.
Karatenin olimpiya idman növü elan olunduğunu vurğulayan İ.İsmayılov bildirib ki, idmançılar medalların əldə olunması üçün daha çox çalışmalıdırlar.
O, ümidvar olduğunu bildirib ki, F.Əsgərovun birinci vitse-prezident seçilməsi Karate Federasiyasının xeyrinə olacaq və azərbaycanlı idmançılar daha böyük uğurlara imza atacaqlar.
Federasiyanın birinci vitse-prezidenti seçilmiş F.Əsgərov, öz növbəsində, ona göstərilən etimada görə minnətdarlığını bildirib və kollektivlə uğurla əməkdaşlığa ümid etdiyini vurğulayıb.
Daha sonra federasiyanın prezidenti Yaşar Bəşirov qeyd edib ki, kollektiv Tokioda keçiriləcək Olimpiya Oyunlaırnda uğurla çıxış etmək üçün əlindən gələni etməlidir.
Y.Bəşirov dövlət tərəfindən, xüsusilə də Gənclər və İdman Nazirliyi tərəfindən Karate Federasiyasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib və əmin olduğunu bildirib, idmançılar gələcək yarışlarda layiqli nəticələr göstərəcəklər.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub