“Qarabağ”ın futbolçusu klubun forma və atributlarını satışa çıxarıb

685
“Qarabağ”ın futbolçusu klubun forma və atributlarını satışa çıxarıb

Mövqeyim üzrə ən yaxşı oyunçu seçilməyim mənim üçün fəxrdir. Burada amerikalılar, kosta-rikalılar, panamalılar, yamaykalılar, meksikalılar və digərləri var. CONCACAF-ın “11-liy”inə düşmək daha səylə çalışmağım, futbolçu karyeramı yüksəltməyim üçün stimul olacaq.

Mynews.az “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın haitili futbolçusu Donald Gerrye 2017-ci ildə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasında (CONCACAF) mövqeyi üzrə ən yaxşı seçilməsinə münasibət bildirərkən deyib.

Vətənində “Le Nouvelliste”yə müsahibə verən 28 yaşlı sol cinah yarımmüdafiəçisi bildirib ki, azarkeşlər üçün xoş xəbəri var. O, özü ilə “Qarabağ”ın forma və atributlarını gətirdiyini söyləyib: 

“Bunlar üzərində mənim adım olan Çempionlar Liqası üçün hazırlanmış xüsusi formalardır. Ölkədə xaricdə oynayan futbolçuların formalarını satışı hər zaman olmur. Ceff Lui, Kervan Belfor, Jan-Jak Pyer, Jan Soni Alysena kimi oyunçuların formaları yerli futbolçular üçün heç vaxt əlçatan olmayıb. Vəziyyəti dəyişməyə və ÇL-də oynadığım formaların Haiti bazarına çıxarılmasına çalışdım. Forma almaq istəyənlər “Oasis” hotelinə gələ və ya “Junior Guerrier”ə zəng vura bilərlər”.

D.Gerrye deyib ki, formalar baha deyil. Onların qiyməti 100 dollar təşkil edir: 

“Həmçinin “iPhone” 6, 7 və 8 üçün üzlüklər, eləcə də başqa məhsullar var. Həmçinin Haitidə olduğum müddətdə almağa gələnlərə avtoqraf verəcəyəm. Haitiyə bayram üçün yox, ticarət etməyə gəlmişəm? (gülür) Xeyr, qardaşım. Biri digərinə mane olmur. ÇL-də oynadığımız hər bir şəhərdə azarkeşlərə avtoqraf paylayırıq. Haitiləri öz oğullarının avtoqrafından niyə məhrum etməliyik? Bu, Haiti yığmasında məni izləyən, uzaq Azərbaycanda da irəli getmək üçün mənə stimul verən insanlar üçün çox xoşdur”.

Xəbər lenti