“Azərbaycanda futbolun inkişafına dair yeni Dövlət Proqramının hazırlanması üçün işlər gedir”.
Mynews.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2017-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu il ölkəmizdə 2019 daxili yarış təşkil olunub:
“Azərbaycan idmançıları 2017-ci ildə 234 beynəlxalq yarış, o cümlədən dünya və Avropa çempionatlarında iştirak ediblər. Respublikamız 55 beynəlxalq yarışa ev sahibliyi edib. Bu yarışların içində ən mühümü IV İslam Həmrəyliyi Oyunları olub”.
A. Rəhimov bildirib ki, futbolun inkişafına dair yeni Dövlət Proqramının hazırlanması üçün işlər gedir:
“Prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir”.
Azad Rəhimov bir daha xatırladıb ki, 2017-ci il Formula-1 Azərbaycan Qran-Prisi ilin ən yaxşı yarışı seçilib: “Bakıda keçirilən Formula-1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələrinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib”.
A.Rəhimov vergilər naziri Fazil Məmmədovun vəzifəsindən getməsinin Azərbaycan Güləş Federasiyasının və Azərbaycan Velosiped İdmanı Federasiyasının işinə təsirindən danışıb:
“Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqələndirmirik. İlham Əliyevin idman siyasəti uğurla davam etdiriləcək. Gələn il Bakıda planlaşdırılan velosiped üzrə BMX yarışı vaxtında və yüksək səviyyədə təşkil olunacaq. Heç bir çətinlik yoxdur”.
Sonda nazir bütün idmançıları, eləcə də, məşqçiləri qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə təbrik edib:
“Qoy qarşıdan gələn 2018-ci il vətənimiz üçün, o cümlədən Azərbaycan idmanı üçün uğurlu olsun. Bu bayram günlərində hamıya xoş istirahət, can sağlığı arzulayıram”.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub