Azərbaycan Milli Antidopinq Agentliyi bu il idmançılar arasında keçirilmiş dopinq-testin nəticələrini açıqlayıb.
Mynews.az xəbər verir ki, AMADA-nın icraçı direktoru Şəfəq Hüseynlinin sözlərinə görə, ümumilikdə 2017-ci ildə 402 test keçirilib.
Ş. Hüseynlinin sözlərinə görə, 2017-ci ildə həndbol idmanı üzrə 2, atletika üzrə 2, velosiped üzrə 3, bodibildinq üzrə 3 və ağır atletika üzrə 1 dopinq test müsbət çıxıb.
O bildirib ki, aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. 9 idmançıda anabolik vasitə, 3-də hormon və metabolik modulyator, 2-də diuretiklər və gizlədici maddələr, 2-də stimulyant və 1-də narkotiklər aşkarlanıb.
Qanında qadağan edilmiş maddələr aşkar edilmiş idmançılara müxtəlif sanksiyalar tətbiq olunub.
AMADA qanında qadağan edilmiş maddələr aşkarlanan idmançıların adlarını hələlik açıqlamayıb. Bildirilib ki, onların bəziləri nəticələrlə razı olmadığından apellyasiya şikayəti verib. (oxu.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub