“GQ” dərgisi Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyevi “İlin idmançısı” seçib.
Mynews.az xəbər verir ki, bu barədə “GQ” jurnalı sosial şəbəkələrdəki rəsmi hesablarında məlumat yerləşdirib.
Məlumatda bildirilir ki, Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda 20,09 saniyə nəticə ilə qızıl medal qazanıb. R. Quliyev Türkiyəyə Dünya Atletika Çempionatlarında ilk qızıl medalı gətirən idmançı kimi tarixə düşüb.
Qeyd edək ki, keçən il eyni ada Türkiyə futbol üzrə milli komandasının kapitanı Arda Turan layiq görülmüşdü.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub