21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərindən biri müəyyənləşib.
Mynews.az qol.az-a istinadən xəbər verir ki, bolqarıstanlı Vladislav Yanuş U-21-in məşqçilər korpusunda yer alacaq. O, komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.
Qeyd edək ki, Yanuş milli komandalarda çalışan ikinci bolqar mütəxəssis olacaq. Ondan əvvəl Qurban Qurbanovun "Qarabağ"dakı köməkçisi Çudomir Çakarov əsas milliyə təyinat alıb.
Asenovqrad şəhərində anadan olan Yanuş ölkəsində "Lokomotiv" (Plovdiv) və "Beroe" klublarında çalışıb. Son illərdə "Vereya" və "Liteks" klublarında Jivko Jelevin köməkçisi işləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub