Azərbaycanın səkkiz qat çempionu bıçaqlandı

773
Azərbaycanın səkkiz qat çempionu bıçaqlandı

Kempo üzrə Avrasiya çempionu, səkkiz qat Azərbaycan çempionu Ceyhun Niyazov bıçaqlanıb.

Mynews.az xəbər verir ki, 1994-cü il təvəllüdlü idmançı yaşadığı Ağcabədi rayonunda Cəlil Əsədov tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. Məlumata görə, hadisə C.Əsədovun idmançının işlətdiyi kafeyə hücum etməsindən sonra baş verib. 

Hadisə dekabrın 27-də baş verib. O, dünən xəstəxanadan evə buraxılıb, amma müalicəsi davam etdirilir.

Məsələ ilə bağlı Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun fikirlərini öyrəndik. Lakin gözlənilməz reaksiya ilə rastlaşdıq. Belə ki, İbrahimov Niyazovun bıçaqlanmasından saytlar vasitəsilə xəbər tutduğunu bildirdi. Onun sözlərinə görə, Ceyhunla əlaqələr itib:

“Mən onunla bir il çalışmışam. Müəllimi olmuşam. Lakin ilyarımdır ki, onunla heç bir əlaqəm qalmayıb. Buna görə də onun bıçaqlanmasından xəbərim olmayıb. Gərək adamın yanında olasan ki, ondan xəbər tutasan. Mən onun yanında deyiləmsə, haradan bilim ki, onu bıçaqlayıblar. Atanın üzünə qapı çırpmış oğuldan niyə xəbəri olmalıdır ki?”

28.10.2014-02.11.2014/İtaliya/WTKA/Massa Karrara/Dünya Döyüş növlərinin dünya çempionatı.

Şensey Rauf İbrahimov bildirdi ki, Ceyhun Niyazov şəxsən ona qarşı hörmətsizlik etdiyindən onunla əlaqələr də itib:

“Biz onunla əməkdaşlıq etmişik. Bizim federasiyanın 14-ə yaxın bölgədə filialı var. O, Ağcabədidə bizim federasiyanın filialını açmışdı. Kempo üzrə Avrasiya çempionu olduqdan sonra bu adam başladı gah budo ilə, gah da kikboksinqlə məşğul olmağa. Biz də Ağcabədi Gənclər və İdman İdarəsindən xahiş etdik ki, bu filialımız ləğv olunsun. Çünki onun kempoya artıq heç bir aidiyyəti yoxdur. Lakin hələ də həmin filial müstəqil şəkildə fəaliyyət göstərir... Təsəvvür edin ki, mən bir dəfə ona Portuqaliyadakı dünya çempionatına getməyi təklif etdim. Mənə nə desə yaxşıdır?! Deyir ki, Moskvada toyum var. Sənin itirəsi heç nəyin yoxdur. Səfər xərclərini Gənclər və İdman Nazirliyi çəkirdi. Kimə desən ki, dünya çempionatına səni aparıram, qaça-qaça gələr”.

 

Meheddin Rustemov adlı şəxsin şəkli.

 

Elman Ibrahimli adlı şəxsin şəkli.

Xəbər lenti