“Qarabağ”ın sabiq futbolçusu Reynaldo dos Santos Silva özünə yeni klub tapıb.
Mynews.az xəbər verir ki, 28 yaşlı sol cinah yarımmüdafiəçisi karyerasını Slovakiyada davam etdirəcək.
Braziliyalı futbolçu bu ölkənin yüksək liqasında mübarizə aparan Trnava “Spartak”ı ilə müqavilə bağlayıb. Bu komanda Slovakiya çempionatında 19 turdan sonra 43 xalla liderdir və ən yaxın izləyicisi “Jilina”nı 9 xal qabaqlayır. Onun keçidi ilə bağlı “Spartak”ın Britaniya vətəndaşı olan serbiyalı çalışdırıcısı Nestor El Maestro fikirlərini bildirib:
“O, bizim çempionat üçün bəlli səviyyəyə malik yaxşı oyunçudur. Düzdür, “Adanaspor”dan ayrıldıqdan sonra 6 ay oynamayıb. Ancaq bu, problem deyil. Artıq bizdə oxşar hala malik müsbət təcrübə var. Yasin Pəhlivan bizə qoşulanda il boyu futbol oynamamışdı. Hər şey qaydasında olacaq”.
Qeyd edək ki, Reynaldo 2013-2017-ci illər aralığında “Qarabağ”ın şərəfini qoruyub. O, 76 qarşılaşmada 43 qol vurub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub