“Barselona”nın hücumçusu Lionel Messi tarixə düşüb.
Mynews.az xəbər verir ki, argentinalı futbolçu tarixdə ilinə 100 milyon avrodan çox qazanan ilk futbolçu olub.
Yeni müqaviləsinə əsasən, onun qazancı ildə 104 milyon avrodur. Bu məbləğdən vergilərin də çıxılmasından sonra ilə 50 milyondan çox qazanır. Bu isə dünya rekordudur.
Braziliyalı Neymarda bu rəqəm 36,8 milyondur. Argentinalı Karlos Teves isə bu ilin yanvarına kimi çıxış etdiyi Çinin “Şanxay Şenxua” klubundan 38 milyon qazanıb.
Xatırladaq ki, Lionel Messi “Barselona”nın əsas komandasında 2004-cü ildən çıxış edir. Messi bu klubla səkkiz dəfə İspaniya çempionu və beş dəfə bu ölkənin kubokunun sahibi olub. O, daha dörd dəfə isə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Bundan başqa, Argentina millisinin üzvü beş dəfə”Qızıl top”a yiyələnib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub