Arda Turanın və “Barselona”nın “Başakşəhər”lə icarə müqaviləsinin təfərrüatları məlum olub.
Mynews.az xəbər verir ki, İstanbul klubunun prezidenti Göksəl Gümüşdağ bu gün keçirdiyi mətbuat konfransında bu məsələ barədə danışıb:
“Onu 2,5 illik əvəzsiz icarələməyimiz haqda çoxlu dedi-qodular gəzir. Bu mətbuat konfransında bəzi detalları tam şəffaflıqla paylaşmaq istəyirəm. Bunu xüsusi vurğulayacağam. Çünki biz bir şirkət statusu ilə idarə olunuruq və biz bir şirkətik. Bunu açıqlamaq məcburiyyətində deyilik, amma şəffaflıq olsun deyə açıqlayacağam. Yarım mövsüm 2 milyon avro + bonus, növbəti mövsüm də 4 milyon avro + bonus olaraq onunla müqavilə imzalanıb. Oyunçunu almaq hüququ ilk bizdə olacaq. Arda Turanın satış qiymətinə 25% biz ortaq olduq. Növbəti mövsüm Arda satılsa, 20%, o biri mövsüm satılsa, 25% bizə əvəz ödəyəcəklər (“Barselona” tərəfindən – S.T.). Bu, biznes kimi bir iş oldu. Təbii ki, hər şeyə baxmayaraq, biz burada Arda ilə uzun bir hekayə yazdıq. Məqsədimiz bunun davamını gətirməkdir. “Barselona” ilə “Başakşəhər”in arasında özəl bir anlaşma əldə edildi. Çempion olsaq, “Barselona”ya 300 min avro əvəz ödəyəcəyik. Bundan başqa heç bir qarşılıq ödəməyəcəyik”.
Daha sonra Arda Turan fikirlərini bildirib. Ona “Türkiyədə yalnız “Qalatasaray”a qayıdaram” cümləsi xatırladılıb. Arda isə bunu dediyini təkzib etməyib:
“Bəli, belə demişdim. Ancaq həmin klub mənə qucaq açardısa...”

Qeyd edək ki, Fatih Terim “Qalatasaray”ın sükanı arxasına gətirilənə kimi Arda Turanın sabiq komandasına geri qayıtması gözlənilirdi.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub