“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli Cənubi Azərbaycanın “Traktor Sazi” klubunun baş məşqçisi təyin edilib.
Mynews.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
68 yaşlı mütəxəssis Təbriz klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb. Təcrübəli çalışdırcının altı aylıq əməkhaqqı 400 min dollar olacaq.
Qeyd edək ki, Təbriz klubu cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Asiya Çempionlar Liqasında mübarizə aparan komanda İran çempionatında 21 xalla XI pillədə qərarlaşıb.
Xatırladaq ki, Mustafa Dənizli 2013/2014 mövsümündə “Xəzər Lənkəran”ın “sükanı arxasında” olub. O, İranda “Pas” və “Perspolis” klublarını da çalışdırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub