Dünən “Qarabağ” Antalyada baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Mynews.az xəbər verir ki, komandamız Rusiyanın I dəstə təmsilçisi “Kuban”la qarşılaşıb.
İlk hissədə Ağdam klubu bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Birinci yarıda maraqlı məqam 40-cı dəqiqədə baş tutub. Türkiyəli həvəskar hakim “Kuban”ın futbolçusu Vladimir Lobkarevin ispaniyalı Miçelə qarşı hərəkətini səhvən penalti kimi dəyərləndirib. Buna görə də Mahir Mədətov “feyr pley” nümayiş etdirərək topu kənara vurub.
Türk hakim ikinci hissədə daha iki penalti təyin edib. Matçın 50-ci dəqiqəsində Əfran İsmayılov təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Üç dəqiqə sonra rəqibin hücumçusu Nikita Malyarov penalti zərbəsindən yararlanaraq hesabı bərabərləşdirib. Matçın 60-cı dəqiqəsində Malyarov bu dəfə cərimə zərbəsini dəqiq yerinə yetirərək Krasnodar təmsilçisini hesabda irəli çıxıb. Lakin 68-ci dəqiqədə “Qarabağ”ın gənc futbolçusu Zaur Fərzəliyev dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Matç bu hesabla da başa çatıb - 2:2.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub