19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.
Mynews.az xəbər verir ki, hazırlıq müddətində U-19 yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, yanvarın 30-da isə Rusiyanın “Krasnodar” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Kosovo millisi ilə oyunlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00-da), sonuncu qarşılaşma isə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlayacaq.
Qeyd edək ki, Kosovonun müstəqilliyi ölkəmiz tərəfindən tanınmadığından onlarla qeyri-rəsmi oyun keçirməyə razılıq verməyimiz maraqlı məqamdır.
Xatırladaq ki, AFFA daha əvvəl fevralın 2-də bu iki ölkənin əsas millilərinin Türkiyədə yoldaşlıq oyunu keçirməsinə razılıq verib.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub