Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri davam edir.
Oxu.Az-ın məlumatına görə, yeddinci turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa vurub.
Həmyerlimiz qara fiqurlarla çinli İ Veyi məğlub edib.
Bu nəticədən sonra hesabında 5,5 xal olan Şəhriyar Məmmədyarov turnir cədvəlinin vahid lideridir.
Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir.
Növbəti turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Qiri ilə qarşılaşacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub