"Real"ın Ronaldo ilə bağlı qərarı açıqlandı qalır, yoxsa gedir?
"Real"ın prezidenti Florentino Peres Kriştiano Ronaldo ilə bağlı qərarını açıqlayıb. Fanat.Az xəbər verir klub rəhbəri portuqaliyalı ulduzun yayda komandadan getməsinə razılıq verib.
"Real"la 2021-ci ilin yayınadək müqaviləsi olan Ronaldonun müqaviləsindəki sərbəst qalma maddəsi 1 milyard avrodu. Futbolçu isə həmin məbləğin 100 milyon avroya salınmasını istəyir. Klub rəhbərliyi onun bu istəyi ilə razılaşacaq.
Qeyd edək ki, Ronaldonun xidmətində "Mançester Yunayted" və PSJ ilə yanaşı, Çinin "Tyançzin Çyuançzyan” klubu da maraqlıdı.