Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) dünən ikinci yoldaşlıq oyununu keçirib.
Mynews.az xəbər verir ki, rəqib Albaniya millisi olub.
AFFA-nın saytında rəqibin Albaniyanın U-21 millisi olduğu qeyd edilib. Lakin Albaniya Futbol Federasiyasının saytı Azərbaycana qarşı oynayan komandanın 20 yaşadək futbolçular, yəni U-20 millisi olduğunu bildirib. Hətta rəqibin heyətində 1999-cu il təvəllüdlü Arbnor Mutsolli adlı futbolçu da olub.
Bununla belə, komandamız özündən yaşca kiçik rəqibinə 0:1 hesabı ilə uduzub. Görüşdə yeganə qolu 55-ci dəqiqədə Belaydi Pusi vurub.


Xatırladaq ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu milli bundan əvvəl Türkiyənin “Alanyaspor” klubunun müvafiq komandasına 3:1 hesabı ilə qalib gəlmişdi. Komandamız növbəti oyununu sabah Gürcüstanın U-21 yığmasına qarşı keçirəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub