Avropa çempionatına hazırlaşan futzal üzrə Azərbaycan millisi dünən Bakı İdman Sarayında keçirilən İranla ikinci oyununa çıxıb. İranla ardıcıl üç matçda 3:3 oynayan yığmamız bu dəfə güclü rəqibinə 1:4 uduzub.
Mynews.az bu oyundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi):
“Bugünkü oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindir. Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir. Yenə müdafiədə səhvlərə yol verdik. Avropa çempionatına 6-7 gün vaxtımız qalıb. Bu müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Komandada hücumameyilli oyunçular çoxluq təşkil edir. Buna görə də müdafiədə boşluqlar yaranır. Bunu düzəltməliyik”.
Məhəmməd Nazemalşariə (İran millisinin baş məşqçisi):
“Rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Həqiqətən də, güclü komanda ilə iki oyun keçirdik. Onu da deyim ki, baş məşqçinizlə bizim dostluq əlaqələrimiz var. İnanıram ki, komandanız Avropa çempionatında uğurlu nəticə qazanacaq. Bugünkü oyunun nəticəsinə təsir edən məqamlardan biri də Azərbaycan millisinin iki vacib futzalçısının meydana çıxmaması oldu”.
Qeyd edək ki, yığmamız yanvarın 28-də Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatı üçün adıçəkilən ölkəyə iki gün öncədən gedəcək.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub