Azərbaycanın U-21 millisində oynamaq üçün dəvət göndərilmiş daha bir futbolçunun adı məlum olub.
Mynews.az xəbər verir ki, bu, dağıstanlı Samur Ağaməhəmmədovdur.
O, 21 yaşadək millimizdə oynamaq üçün AFFA-dan təklif aldığını bildirib. Lakin bundan imtina edən rusiyalı futbolçu Ermənistanın I divizionunda çıxış edən “Artsax”a keçib.
“Mən Azərbaycanın U-21 komandasından təklif almışdım. Ancaq menecerimə inandım və “Artsax” klubuna keçməyə qərar verdim. Təəssüratlar çox yaxşıdır. “Artsax” iddialı klubdur və biz çempionluq uğrunda mübarizə aparacağıq”, - deyə Samur Ağaməhəmmədov bildirib.

Qeyd edək ki, "Artsax" klubu ötən il Yerevanda Çexiya vətəndaşlığı olan Qarabağ ermənisi Sevan Aslanyan tərəfindən yaradılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub