Yanvarın 30-dan fevralın 10-dək keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Mynews.az xəbər verir ki, siyahıda 14 futzalçının adı yer alıb.
Braziliyalı baş məşqçi Joze Alesio da Silva Avropa çempionatının final mərhələsinə hazırlıq prosesində iştirak edən futbolçulardan bir nəfəri – Anar Məmmədovu heyətdən kənarlaşdırıb.
Qapıçılar: Rövşən Hüseynli (“Araz”), Emin Kürdov (EKOL);
Sahə oyunçuları: Rizvan Fərzəliyev, Eduardo Melo Borqes, Everton Kardozo, Ramiz Çovdarov, Tyaqo Teles Martins, İsa Atayev, Xətai Bağırov (hamısı “Araz”), Samir Həmzəyev, Namiq Məmmədkərimov (hər ikisi EKOL), Vasoura (“Əl-Dafra”, BƏƏ), Fineo de Araujo (“Aqleymina Hamamatsu”, Yaponiya), Vitali Borisov (“Ekonomats”, Serbiya).
Xatırladaq ki, millimiz Sloveniyada keçiriləcək Avropa çempionatında ilk oyununu fevralın 2-də debütant Fransaya qarşı keçirəcək.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub