İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba ilə komandanın azarkeşləri arasında insident yaşanıb.
Mynews.az -ın Report-a istinadən verdiyi məlumata görə, münaqişə 24 yaşlı yarımmüdafiəçinin restoranda fransalı dostları ilə şam etdiyi vaxt baş verib.
Fransalı futboçudan avtoqraf götürmək istəyən bir qrup fanat masaya yaxınlaşsa da, Poqba məşğul oduğunu əsas gətirərək onların xahişini yerinə yetirməyib. Oyunçunun imtinasından hiddətlənən azarkeşlər isə aqressiv davranışa yol veriblər. Nəticədə, restoranın administratorları polis çağırmağa məcbur qalıblar.
Qeyd edək ki, Pol Poqba ötən ilin avqustunda rekord məbləğə - 105 milyon avro qarşılığında İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə keçib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub